...

Pensiyalar fevral ayından artırılmış məbləğlə ödəniləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 11:21 (UTC +04:00)

Bakı. Trend:

Əmək pensiyaçıları fevral ayı üzrə pensiyalarını artım tətbiq edilməklə alacaqlar.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildiriblər.

Dövlət Sosial Müdafiə Fondu yanvar ayının 15-nə şəhər və rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

"Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasından irəli gələn texniki işlər yekunlaşdırılmaq üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti