...

Mərkəzi Bank hökumət ilə birlikdə bank sektoruna yardım proqramını hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2016 14:17 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) hökumət ilə birlikdə bank sektoruna irimiqyaslı yardım proqramını hazırlayır.
Mərkəzi Bank hökumət ilə birlikdə bank sektoruna yardım proqramını hazırlayır

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) hökumət ilə birlikdə bank sektoruna irimiqyaslı yardım proqramını hazırlayır. Trend-in məlumatına görə, bunu jurnalsitlərə AMB-nin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bura, həmçinin əmanətlərin tam sığortalanması, konsolidasiya proqramı və s. daxildir: "Bank filial və şöbələrindən kənar valyuta mübadiləsinin qadağan edilməsi də belə addımlardan biri idi".

E.Rüstəmov qeyd edib ki, valyutaya tələbatı qarşılamaq üçün Mərkəzi Bank və Azərbaycan Respublikası Dövlət Neft Fondu hərraclar keçirməyə başlayıb.

O əlavə edib ki, AMB və hökumət məzənnəni ciddi dəyişməməsi üçün ciddi addımlar atmağı planlaşdırır: "Tənzimləyiciyə beynəlxalq maliyyə strukturları ilə əməkdaşlığı gücləndirmək tapşırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti