Bakı. Makim Tsurkov - Trend:
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə Ukraynadan Çinə hərəkət edən ilk sınaq konteyner qatarı ötən gün Bakı Beynəlxalq Dəniz Ticarəti Limanından Qazaxıstanın Aktau limanına yola düşüb.
Bunu Trend-ə "Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi" QSC-dən deyiblər.
QSC-dən bildiriblər ki, 10 vaqon və 20-40 fut konteynerlərdən ibarət sınaq qatarı Ələtdəki Bakı limanının bərə terminalından ötən gün saat 23:00-da "Azərbaycan" bərəsindən yola düşüb: "O bu gün təxminən saat 23:00-da Aktauya çatacaq".