...

Azərbaycanda iki iri bank birləşəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2016 16:48 (UTC +04:00)
"AGBank" və "DəmirBank" birləşmək niyyəti barədə protokol imzalayıblar.
Azərbaycanda iki iri bank birləşəcək

Bakı. Azad Həsənli - Trend:

"AGBank" və "DəmirBank" birləşmək niyyəti barədə protokol imzalayıblar. Bunu Trend-ə "AGBank"dan deyiblər.

Protokol bu həftə imzalanıb.

Bankdan bildiriblər ki, bu, hələ niyyətdir, yəni iki hüquqi şəxs birləşmək niyyəti barədə protokol imzalayıb: "İki hüquqi şəxsin gələcək addımları birləşməyə və güclü bankın yaranmasına gətirib çıxarmalıdır. Hazırda fəaliyyət planı yoxdur, konsolidasiyanın formatı və müxtəlif nüanslar gələcəkdə imzalanacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti