...

Gömrük rüsumları üzrə faiz dərəcələrinə yenidən baxıla bilər (ƏLAVƏ OLUNUB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2016 15:54 (UTC +04:00)
Azərbaycanda gömrük rüsumları üzrə faiz dərəcələrinə yenidən baxılmalıdır.
Gömrük rüsumları üzrə faiz dərəcələrinə yenidən baxıla bilər (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:04-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda gömrük rüsumları üzrə faiz dərəcələrinə yenidən baxılmalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədr müavini Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, gömrük rüsumları üzrə faiz dərəcələrinin kəskin artımı gözlənilmir: "Gömrük faiz dərəcələrinin dəyişdirilməsi təkcə onların artırılması, yekunda isə qiymətlərin artması anlamına gəlmir. Bəzi mallar üzrə tariflər azaldılacaq, bəziləri üzrə isə artırılacaq. Üstəlik, yeganə əsas məqsəd daxili bazarın qorunmasını təmin etməkdir".

S.Mehdiyev qeyd edib ki, bu qərar 2016-cı ilin dövlət büdcəsinə gömrük daxilolmaları proqnozunu icra etmək məqsədilə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti