...

DəmirBank-dan kredit müştərilərinə güzəştlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2016 18:44 (UTC +04:00)
DəmirBank müştərilərin dollarla olan öhdəliklərinin qaytarılması ilə bağlı çətinlikləri və bunun əsasında daxil olmuş müraciətləri nəzərə alaraq, bir sıra güzəşt və təkliflər paketi hazırlayıb.
DəmirBank-dan kredit müştərilərinə güzəştlər

Bakı. Trend:

DəmirBank müştərilərin dollarla olan öhdəliklərinin qaytarılması ilə bağlı çətinlikləri və bunun əsasında daxil olmuş müraciətləri nəzərə alaraq, bir sıra güzəşt və təkliflər paketi hazırlayıb.

Bankın əsas məqsədi müştərilərin kredit ödənişini daha asan şəkildə həyata keçirməsinə imkan yaratmaqdır.

Güzəşt və təkliflər 21 dekabr 2015-ci il tarixindən əvvəl istehlak və mikro krediti götürmüş müştərilərə aiddir. Ən əsas məqam isə güzəştlərin yalnız ABŞ dolları deyil, həmçinin manatla götürülmüş kreditlər üçün də nəzərdə tutulmasıdır.

ABŞ dolları ilə götürülmüş kreditlər üçün aşağıdakı güzəştlər nəzərdə tutulur:

1. Müştəri aylıq ödənişinin ən azı 60%-ı ödəyərsə, kredit gecikməyə düşmüş hesab olunmur və cərimə hesablanmır. Ödənişlər əsas məbləğdən silindiyinə görə müştərinin ödədiyi faizlər də əhəmiyyətli dərəcədə azalır. Ödənişlər borc tam bağlanana qədər davam edir.

2. 29 fevral 2016-cı il tarixinədək müştərilər kredit qalığını vaxtından əvvəl tam bağlayarsa, ödənilən məbləğin 15%-i güzəşt olunur.

3. 20 000 ABŞ dollarınadək kreditləri olan müştərilərə aylıq ödənişi əvvəlki aylıq ödəniş həcmində qalmaqla, ümumi kredit qalığının illik 10% faiz dərəcəsi ilə restrukturizasiya edilməsi təklif olunur.

Manatla götürülmüş kreditlərə münasibətdə isə kreditin qalıq məbləğinin 20%-nin ödənilməsi şərtilə müddətin 1,5 mislinədək uzadılması da təklif olunur.

ABŞ dolları ilə götürülmüş kredit xətləri üçün aşağıdakı güzəştlər nəzərdə tutulur:

1. 1000 ABŞ dollarınadək götürülmüş kredit xətlərinin istifadə edilmiş məbləğin 20%-i ödənilmək şərtilə illik 15% faiz dərəcəsi ilə maksimum 1 ilədək kreditə çevirməklə restrukturizasiya edilir.

2. 1000 ABŞ dollarından yuxarı məbləğli kredit xətlərinin istifadə edilmiş məbləğinin 10%-i ödənilmək şərtilə illik 15% faiz dərəcəsi ilə maksimum 2 ilədək kreditə çevirməklə restrukturizasiya edilir.

Manatla götürülmüş kredit xətlərinə münasibətdə isə kredit xətlərin istifadə edilmiş məbləğinin 30%-i ödənilmək şərtilə illik 23% faiz dərəcəsi ilə maksimum 1 ilədək kreditə çevirməklə restrukturizasiya edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti