...

“Qatar Airways” Valentin gününə özəl endirim kampaniyasını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 11:04 (UTC +04:00)
Hava yolu şirkəti Biznes və Ekonom siniflərində fantastic qiymət endirimləri təklif edir.
“Qatar Airways” Valentin gününə özəl endirim kampaniyasını təqdim edir

Bakı. Trend:

Hava yolu şirkəti Biznes və Ekonom siniflərində fantastic qiymət endirimləri təklif edir.

Bu Valentin gününü Qatar Airways-in xüsusi endirim hədiyyəsi ilə birgə uzun müddət boyu yaddaqalan edin.

Şirkətdən Trend-ə verilən məlumata görə, Qatar Airways-lə birgə yaddaqalan səyahət edərək həm biznes həm də ekonom siniflərdə 2 al 1 ödə təklfidindən faydalanıb Avropa, Amerika, Hind Yarımadası, Asiya və Yaxın Şərqi kəşf etmə imkanını qaçırmayın.

Qatar Airways-in 2 al 1 ödə kampaniyası çərçivəsində bilet satışı 8-11 Fevral 2016 tarixləri arası olub səyahət müddəti 15 Fevral 15 İyun 2016 müddətindədir. Biletləri Qatar Airways satış ofisləri, turizm agentlikləri və ya qatarairways.com/companionoffer səhifəsindən əldə etmək olar.

Qatar Airways-in Baş Kommersiya Meneceri Dr. Hugh Dunleavy dediyi kimi: "Qatar Airways Valentin günündə insanları bir araya gətirərək onlara qlobal şəbəkəmizdə olan onlarla möhtəşəm istirahət istiqamətlərini kəşf etmə imkanı yaradır. İstər qısa məsafəli səyahət, istərsə də xüsusi səbəbi olan səyahət olsun, sərnişinlərimiz 2 al 1 ödə təkliflərimizlə sevdikləri istiqamətlərə səfərlər zamanı qənaət edə biləcəklər."

Səfər üçün rezervasiyanızı Qatar Airways-lə edərək dünyanın aparıcı hava yolu şirkətlərindən biri ilə səyahətə başlayın. Sizə özəl, premium xidmət və Şərq qonaqpərvərliyi ilə mükəmməl səyahət təcrübəsi qazanacaqsınız.

*Şərt və məhtudiyyətlər şamil edilir. Endirimli qiymətə yerlər məhtuddur. Bütün şərtlərlə rezervasiya zamanı tanış olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti