...

"AtaTravel" "İtaliya ilə tanışlıq" tədbirində iştirak etdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2016 16:35 (UTC +04:00)
“AtaTravel” MMC 19 fevral 2016-cı il tarixində “Amandatour" ilə İtaliya ilə tanışlıq” tədbirində iştirak etdi.
"AtaTravel" "İtaliya ilə tanışlıq" tədbirində iştirak etdi (FOTO)

Bakı. Trend:

"AtaTravel" MMC 19 fevral 2016-cı il tarixində "Amandatour" ilə İtaliya ilə tanışlıq" tədbirində iştirak etdi.

"Amandatour" şirkəti öz fəaliyyəti haqqında geniş təqdimat etdi və tədbir iştirakçılarına İtaliya və onun əsas turizm istiqamətləri haqqında məlumat verdi. Təqdimat mərasimindən sonra əməkdaşlıqla bağlı şirkət rəhbərləri arasında görüşlər keçirildi.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev bildirib ki, turizmlə məşğul olan təşkilatların bir-biri ilə tanış olmasında belə tədbirlər çox əhəmiyyətlidir. Tədbirdə müxtəlif ölkələrdəki turizm şirkətləri, hotelləri və istirahət mərkəzlərinin yeni istiqamətləri ilə tanış olmaq üçün böyük imkanlar yaradılıb. Bu tədbirdə verilən məlumatlara əsaslanaraq İtaliyaya maraqlı turlar təklif etmək mümkün olacaq.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC 2011-ci ildə təsis edilib. "AtaTravel" turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti