...

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "açıq qapı" günləri elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2016 10:58 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) “açıq qapı” günləri elan edir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "açıq qapı" günləri elan edir

Bakı. Trend:

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) "açıq qapı" günləri elan edir.

Bu barədə Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildilir.

Qeyd olunur ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) hər ayın sonuncu həftəsinin cümə günü saat 10.00-dan 17.00-dək "Açıq qapı" günü elan edir.

Məqsəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 1713 nömrəli Sərəncamında qarşıya qoyulan vəzifələrlə əlaqədar ölkədə sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün yeni mühitin formalaşdırılmasına, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi üçün "Made in Azerbaijan" brendinin təşviqinə, ölkədə istehsal olunan məhsulların xarici ölkələrə ixracı zamanı hüquqların müəyyənləşdirilməsi, qorunmasına, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərlə bağlı bütün məsələlərə aydınlıq gətirmək və müvafiq köməkliklər göstərməkdən ibarətdir.

Mövzu ilə bağlı suallar "AzPatent"in mütəxəssisləri tərəfindən cavablandırılacaqdır.

Ünvan: Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent)

AZ1009 Bakı şəhəri, Mirzə İbrahimov küçəsi-53, 422-ci məhəllə (Xarisi İşlər Nazirliyinin arxasındakı bina).
Telefon: 594-37-70; 594 37 71

Məqalədə:
Xəbər lenti

Xəbər lenti