Bakı. Azad Həsənli - Trend:
Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sahəsi 400 hektardır, lakin gələcəkdə genişləndirilə bilər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") ilə birgə təşkil edilən tədbir çərçivəsində deyib.
Onun sözlərinə görə, 2016-cı ilin sonunadək "Ro-ro" terminalının tikintisi başa çatacaq.
T.Ziyadov qeyd edib ki, təqribən 100-115 hektar ərazidə azad ticarət zonasının yaradılması təklif edilib.