...

Azərbaycan bəzi kənd təsərrüfatı məhsul və avadanlıqlarının idxal və satışını ƏDV-dən azad edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2016 12:54 (UTC +04:00)
Azərbaycanda bəzi kənd təsərürfatı məhsulları və avadanlıqlarının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif edilir.
Azərbaycan bəzi kənd təsərrüfatı məhsul və avadanlıqlarının idxal və satışını ƏDV-dən azad edəcək

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda bəzi kənd təsərürfatı məhsulları və avadanlıqlarının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklif edilir.

Trend-in məlumatına görə, Vergi Məcəlləsinə müvafiq dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Belə ki, damazlıq heyvanların, toxumların, tinglərin, mineral gübrələrin, pestisidlərin, toxumların yetişdirilməsi üçün, eləcə də quşçuluq və arıçılıqda istifadə edilən avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, təmizlik üçün maşınların və s.-in idxalı və satışının ƏDV-dən azad edilməsi təklif edilir.

Bundan başqa, kənd təsərürfatı heyvanları və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq vasitələrinin idxalının, eləcə də suvarma və digər sistemlərin, kənd təsərrüfatında istifadə olunan maşın, avadanlıq və texnikaların idxalı və satışının ƏDV-dən azad edilməsi təklif edilib.

Qeyd edək ki, Azərbaycanda ƏDV-nin dərəcəsi 18 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti