...

ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi ilə Dövlət Komitəsi arasında təcrübə mübadiləsi keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2016 11:30 (UTC +04:00)
ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında təcrübə mübadiləsinə həsr olunmuş görüş keçirilib.
ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi ilə Dövlət Komitəsi arasında təcrübə mübadiləsi keçirilib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsi ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında təcrübə mübadiləsinə həsr olunmuş görüş keçirilib.

Bu barədə Trend-ə Komitənin Mətbuat xidmətinədn məlumat verilib.

Amerika Birləşmiş Ştatlarının Patent və Əmtəə Nişanları İdarəsi ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmiləri arasında əmtəə nişanlarının ekspertizası üzrə təcrübə mübadiləsi ilə bağlı görüş və təlimlər keçirilib.

Komitənin Aparat rəhbərinin müavini Niyazi Rəhimov ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinin komitə ilə əməkdaşlığını, müxtəlif mövzularda treninqlərin keçirilməsini yüksək qiymətləndirib.

O bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir.

N.Rəhimovun sözlərinə görə, dünyada gedən qloballaşma prosesi, bazarın liberallaşması, Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısı digər sahələrlə yanaşı əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradılması ilə nəticələnib: "Ölkənin iqtisadi siyasətinin həyata keçirilməsində özünəməxsus rol oynayan, intellektual kapitaldan istifadənin genişləndirilməsi və texnoloji inkişafın stimullaşdırılması, kontrafakt malların dövriyyəsinə qarşı mübarizənin genişləndirilməsi və s. kimi sahələrdə işlərin yerinə yetirilməsinə yardım edən patent sistemi sahəsində dövlət siyasəti uğurla davam etdirilir. Bu istiqamətdə ABŞ təcrübəsinin öyrənilməsi də xüsusi əhəmiyyət kəsb edir".

ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan ABŞ-la Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiyini, ikitərəfli əlaqələrin dostluq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.

12 aprel 2016-cı il tarixində Prezident İlham Əliyevin Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə iştirak etmiş ABŞ səfirinin müavini ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə, qeyri-neft sektorunun xüsusi roluna diqqət ayrıldığını məmnunluqla ifadə edib.

Xüsusilə biznesdə innovasiyaların, yeni texnologiyaların tətbiqi, azad rəqabət şəraitində əqli mülkiyyət hüquqlarının qorunması məsələlərinin aktuallığını qeyd edən Derek Hoqan keçirilən ikitərəfli tədbirlərin vacibliyini bildirib.

Təlimlər ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin hüquq işləri üzrə müşavirləri Nensi Omelko və Lia Lourinin "Fərqlilik üzrə ekspertiza", "Anlaşılmazlıq ehtimalı üzrə ekspertiza", "Coğrafi markaların ekspertizası", "Qeyri-ənənəvi markaların ekspertizası" və digər mövzulu təqdimatlarla davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti