...

Azərbaycan AEBA ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2016 14:05 (UTC +04:00)
Atom Enerjsi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini Dazhu Yang Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dozimetrik Dövlət Etalonları laboratoriyasında olub.
Azərbaycan AEBA ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır

Bakı. Trend:

Atom Enerjsi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini Dazhu Yang Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dozimetrik Dövlət Etalonları laboratoriyasında olub.

Bu barədə Trend-ə Komitədən məlumat verilib.

Atom Enerjsi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktorunun müavini Dazhu Yangun ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla görüşü olub.

Sədr Ramiz Həsənov Azərbaycan və AEBA arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, ölkəmizin bu əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Komitə ilə AEBA arasında sıx əməkdaşlıq əlaqələrin olduğunu deyən R.Həsənov nəticədə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb. Sədr bildirib ki, Texniki Əməkdaşlıq üzrə Çərçivə Proqramına əsasən AEBA-nın Fəaliyyət Planına əsasən komitə yanında Dövlət Metrologiya Xidmətinin Dozimetrik Dövlət Etalonları laboratoriyası istifadəyə verilib.

Laboratoriyanın yaradılmasında əsas məqsəd "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən respublikada mövcud olan dozimetrik, radiometrik və rentgen diapazonunda işləyən cihazların dövri yoxlanmasını və kalibrlənməsini həyata keçirməkdir. Layihə çərçivəsində laboratoriya binası inşa edilmiş, etalon qamma (Cs-137) və rentgen (X-RAY) şüalandırıcı qurğular və digər avadanlıqlarla təchiz edilib.

AEBA-nın Baş direktorunun müavini Dazhu Yang Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, yeni layihələrin həyata keçirilməsi sahəsində geniş potensialın olduğunu qeyd edib.
Dazhu Yang Dozimetrik Dövlət Etalonları laboratoriyası fəaliyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti