...

Transxəzər Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2016 16:18 (UTC +04:00)
Mayın 17-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya komitəsinin iclası keçiriləcək.
Transxəzər Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması müzakirə olunub

Bakı. Trend:

Mayın 17-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya komitəsinin iclası keçiriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda isə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Askar Mamin və "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Mamuka Baxtadze arasında üçtərəfli görüş keçirilib.

Tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması və rəqabətədavamlı tarif dərəcələrinin müəyyən edilməsi, Aktau-Kurık-Ələt-Aktau-Kurık marşrutu üzrə bərə ötürməsinin təşkili və dəmir yolu nəqliyyatı üçün maşınqayırma məmulatlarının istehsalı və çatdırılması üzrə əməkdaşlıq haqqında məsələləri müzakirə ediblər.

Eyni zamanda tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə, vaqon, həmçinin konteynerlə yükdaşıma həcminin artırılması məsələsinə baxıblar. Həmin ərazilərdən daşınan bəzi ixrac yüklərinə Qazaxıstan tərəfdən xüsusi tarif müəyyən edilib.

Danışıqlarda quru yolla yüklərin buraxılması üzrə tarif və təşkilati məsələlərin Rusiya dəmiryolçuları ilə müzakirə olunması da vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti