...

Transxəzər Nəqliyyat Marşrutu üzrə rəqabətədavamlı tariflər gələn aydan qüvvəyə minəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 16:45 (UTC +04:00)
Mayın 17-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (TMTM) Koordinasiya komitəsinin iclası keçirilib.
Transxəzər Nəqliyyat Marşrutu üzrə rəqabətədavamlı tariflər gələn aydan qüvvəyə minəcək

Bakı. Trend:

Mayın 17-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (TMTM) Koordinasiya komitəsinin iclası keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, tədbirdə Beynəxalq Transxəzər Nəqliyyat Marşrutunun iştirakçı dövlətlərinin dəmir yolları idarələrinin rəhbərləri iştirak ediblər. Bu tədbirdə Azərbaycanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

İclasda Koordinasiya Komitəsinə yeni sədrin seçilməsi, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun Koordinasiya komitəsinə yeni üzvlərin qoşulması, bu marşrutda rəqabətədavamlı tariflərin tətbiqi, cari ilin sonunadək Koordinasiya komitəsinin fəaliyyət planını və digər məsələləri müzakirə ediblər.

Koordinasiya komitəsinin sədri vəzifəsinə təkrarən "Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Askar Mamin seçilib.

Eyni zamanda iştirakçılar TMTM Koordinasiya komitəsinə yeni üzvlər qəbul ediblər. Bunlar Ukraynanın "Ukrzaliznitsya" İSC və "Ukrferi" MMC şirkətləri və Moldovanın "Translogistic" SRL şirkətləridir.

Tərəflər Beynəlxalq Transzəzər Nəqliyyat Marşrutunda tətbiq olunacaq yeni tarifləri də müzakirə edərək təsdiq ediblər. Həmin tariflər vaqon, konteyner və yükdaşımaların digər növlərinə aiddir. Qəbul olunan qərara əsasən həmin rəqabətədavamlı tariflər 2016-cı il iyunun 1-dən qüvvəyə minəcək.

İclas iştirakçıları cari məsələləri müzakirə edərək, ilin sonunadək Koordinasiya komitəsinin fəaliyyət planını da təsdiq ediblər.

Tədbirdə vurgulanıb ki, bütün müzakirə edilən məsələlər və qəbul olunan qərarlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun coğrafiyasının genişlədirilməsinə, nəqliyyat dəhlizinin inkişafına, rəqabətliliyinin artmasına və nəticədə bu yolla daşınan yüklərin artımına səbəb olacaq.

Qeyd edk ki, iclasda, həmçinin aprelin 12-də Bakıda yaradılan Transxəzər beynəlxalq konsorsiumunun üzvləri də iştirak ediblər.

Xatırladaq ki, konsorsiuma Azərbaycandan "ADY Express" MMC və "ACSC LOgistics" MMC daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti