...

"Kapital Bank" səhmdarlara dividendlərin ödənilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2016 09:03 (UTC +04:00)
Kapital Bankda 1 iyundan etibarən Bankın 18 may tarixinə olan səhm sahiblərinə dividendlərin ödənilməsinə başlanacaq.
"Kapital Bank" səhmdarlara dividendlərin ödənilməsinə başlayır

Bakı. Trend:

Kapital Bankda 1 iyundan etibarən Bankın 18 may tarixinə olan səhm sahiblərinə dividendlərin ödənilməsinə başlanacaq.

Bankdan Trend-ə verilən məlumata görə, bu barədə mayın 18-də Kapital Bank-ın Baş ofisində keçirilən Bankın Səhmdarlarının növbəti ümumi yığıncağında qəbul edilən qərara əsasən həyata keçiriləcək.

Dividentləri almaq üçün Bakı şəhərində yaşayan səhmdarlar Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanına, respublikanın digər şəhər və rayonlarında yaşayan səhmdarlar isə Kapital Bank-ın yerli filiallarına şəxsiyyəti təsdiq edən sənədlə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti