...

"AtaTravel" Mingəçevir-Gəncə-Göygöl-Maralgöl turu təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2016 13:37 (UTC +04:00)
11-12 iyun 2016-cı il tarixində “AtaTravel” MMC Mingəçevir-Gəncə-Göygöl-Maralgöl ikigünlük turunu təklif edir.
"AtaTravel"  Mingəçevir-Gəncə-Göygöl-Maralgöl turu təklif edir

Bakı. Trend:

11-12 iyun 2016-cı il tarixində "AtaTravel" MMC Mingəçevir-Gəncə-Göygöl-Maralgöl ikigünlük turunu təklif edir.

Turun bir nəfər üçün qiyməti 85 AZN təşkil edir. Turun qiymətinə nəqliyyat xərcləri, üç dəfə yemək, "Səməni" hotelində qalmaq, Kür çayında balıq tutmaq və çayda samavarlı çay ilə gəzinti, Mingəçevir su anbarına baxış, Göygölün Milli Parkında gəzinti, Göygöl və Maralgöl gölünə gəzinti, Nizami məqbərəsinə və Gəncə şəhərində İmamzadə kompleksinə ekskursiya daxil edilib. Toplaşma yeri "Excelsior Hotel Baku" hotelinin qarşısındadır.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev qeyd etdi ki, agentlik yay mövsümü müddətin üçün nəzərdə tutulmuş ölkəmizin bütün regionlarına müxtəlif maqarlıq turlar hazırlayıb. Həmçinin şagirdlərin tətili müddətinə xüsusi təkliflər təqdim edilib ki, uşaqlar tətil zamanı dincəlməklə yanaşı Azərbaycanın tarixi abidələri ilə tanış olacaqlar.

Daha geniş məlumat almaq üçün "AtaTravel" MMC-yə (994 12) 493-05-01 nömrəli telefona zəng vurun. "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC 2011-ci ildə təsis edilib. "AtaTravel" turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti