Bakı. Azad Həsənli - Trend:
İsi Mustafayev "AGBank"ın Xəzinədarlıq departamentinin direktoru təyin edilib. Bu barədə Trend-ə bankdan məlumat verilib.
Bildirilib ki, İ.Mustafayev 2003-2016-cı illərdə Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət və bazar əməliyyatları departamentində müxtəlif vəzifələrdə çalışıb.
"AGBank"ın Xəzinədarlıq departamentinə direktor vəzifəsi son 2 ildə vakant olub.