...

Əməkhaqqından kredit tutula bilərmi?

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2016 16:54 (UTC +04:00)
Bank hesabı və ya kredit müqaviləsinə uyğun olaraq bank özünün kredit müştərisi olan şəxsin bu və ya digər hesabından borc məbləğini akseptsiz qaydada silə bilər.
Əməkhaqqından kredit tutula bilərmi?

Bakı. Trend:

"Bank hesabı və ya kredit müqaviləsinə uyğun olaraq bank özünün kredit müştərisi olan şəxsin bu və ya digər hesabından borc məbləğini akseptsiz qaydada silə bilər. Bu qayda, həmçinin ödəniş tələbnamə tapşırığı qaydasında da kredit alanın başqa bankda olan hesabları üzrə tətbiq oluna bilər. Bank hesabının rejimi bank və ya kredit müqaviləsi ilə tənzimlənir".

Bu barədə Trend Azərbaycan Banklar Assosiasiyasının Hüquqi məsələlər üzrə Ekspert Qrupuna istinadən məlumat verir.

Ekspert Qrupu Mülki Məcəllənin 954.1-ci maddəsini əsas gətirir: "Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür". Həmin Məcəllənin 964.1-ci maddəsinə görə isə "Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir". Həmin Məcəllənin 964.2-ci maddəsinə görə "Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir".

Hüquqi məsələlər üzrə Ekspert Qrupu bu və ya digər hallardan çıxış edərək müqavilənin notariat qaydada təsdiq edilməsinə dair qanuni tələb və ya ehtiyacın olmadığını da vurğulayır: "Müştəri müqavilədə hesaba dair sərəncam verdiyi üçün kassa mədaxil orderinə ehtiyac qalmır. Yəni bu hal üçün kassa sənədinin (ödəniş nağdsız qaydada aparıldığı üçün) tərtibinə ehtiyac yoxdur. Digər hallarda isə Mərkəzi Bankın qaydalarına uyğun olaraq kassa sənədlərinin tərtib edilməsi tələbi vardır. Müştəri hesabına nəzarət etmək üçün hesabından çıxarış ala bununla da vəsaitinin hansı məbləğdə və hansı hesaba köçürülməsi barədə məlumat ala bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti