...

Çin yükləri Azərbaycan vasitəsilə Baltikyanı ölkələrə göndərəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2016 12:27 (UTC +04:00)
Bu il iyulun sonu, avqustun əvvəlində Azərbaycandan keçməklə Çindən Gürcüstanın Poti limanına iki yük qatarı göndəriləcək.
Çin yükləri Azərbaycan vasitəsilə Baltikyanı ölkələrə göndərəcək (ƏLAVƏ OLUNUB)

Bakı. Maksim Tsurkov - Trend:

Bu il iyulun sonu, avqustun əvvəlində Azərbaycandan keçməklə Çindən Gürcüstanın Poti limanına iki yük qatarı göndəriləcək. Həmin qatarlar "Vikinq" layihəsinin reallaşdırılmasının hissəsi olacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, iyulun sonu, avqustun əvvəlində iki qatar Çindən Qazaxıstanın Dostık stansiyasına göndəriləcək: "Buradan Transxəzər marşrutu üzrə, yəni dəniz və Azərbaycan ərazisi vasitəsilə qatarlar Gürcüstanın Poti limanına gedəcək. Burada yüklər təyinatı üzrə bölüşdürüləcək. Onların bir hissəsi "Vikinq" marşrutu çərçivəsində Baltikyanı ölkələrə göndəriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti