...

Dünya Bankı Azərbaycanda modernləşdirmənin nəticələri ilə tanış olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2016 15:06 (UTC +04:00)
Anjela Priqojinanın başçılıq etdiyi missiyası iyunun 13-də Bakıya gələcək.
Dünya Bankı Azərbaycanda modernləşdirmənin nəticələri ilə tanış olacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Dünya Bankının Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə qabaqcıl ekspert Anjela Priqojinanın başçılıq etdiyi missiyası iyunun 13-də Bakıya gələcək.

Bunu Trend-ə bankın Bakı ofisindən deyiblər.

Missiyanın məqsədi Azərbaycanın maliyyə sektorunda vəziyyətlə tanış olmaq və iyunun sonunda başa çatacaq "Kapital bazarlarının modernləşdirilməsi" layihəsinin nəticələrinə yekun vurulmasıdır.

Missiya iyunun 17-dək Bakıda olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti