Bakı. Ənvər Məmmədov - Trend:
"Ziraat Bank Azərbaycan" ASC-də Müşahidə Şurasının tərkibi tam yenilənib.
Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, Ömər Baktır Müşahidə Şurasının yeni sədri seçilib.
Bundan başqa, Bilgehan Kuru, Ayçe Gürleyik və Taha Çakmak Müşahidə Şurasının yeni üzvləri təyin olunublar.
B.Kuru Müşahidə Şurasının sədr müavini vəzifəsini tutub. Şuranın əvvəlki tərkibindən yalnız Əli Daşdəmir qalıb.