...

Dəmir yolunun Dəliməmmədli-Kürəkçay və Hacıqabul-Pirsaat məzillərində 10 km yol əsaslı təmir olunur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2016 08:06
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir
Dəmir yolunun Dəliməmmədli-Kürəkçay və Hacıqabul-Pirsaat məzillərində 10 km yol əsaslı təmir olunur (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, Dəliməmmədli-Kürəkçay mənzilində 5 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Eyni zamanda Hacıqabul-Pirsaat mənzilində də 5 km yol əsaslı təmir olunur. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq hər iki mənzildə köhnə yolun söküntüsü başa çatıb. Əsaslı təmir işləri bir həftə davam edəcək.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 115 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

Xəbər lenti

Xəbər lenti