Bakı. Ənvər Məmmədov - Trend:
"DəmirBank" ASC-nin rəhbərliyində baş vermiş dəyişiklik nəticəsində Azər Hümbətov bankın İdarə Heyətinin sədri müavini vəzifəsini tərk edib.
Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, hazırda bankın İdarə Heyətinin tərkibinə iki nəfər daxildir- İdarə Heyətinin sədri Fərid Abuşov və onun müavini Orxan Babayev.