Bakı. Trend:
İndi Unibank-ın fasebook istifadəçiləri saniyə ərzində bankın məhsul və xidmətlərindən xəbər tuta biləcəklər. Bunun üçün sizi maraqlandıran məhsul və xidmətlə bağlı onlayn məsləhətçiyə sorğu yazmağa da ehtiyac yoxdur.
Bankdan Trend-ə verilən məlumata görə, sadəcə Unibank facebook səhifəsinin şəxsi mesaj bölümünə haştaq işarəsi ilə istədiyiniz məhsul və ya xidmətin qısa adını yazırsınız, dərhal o məhsulla bağlı cavab sizə gəlir. Məsələn #kredit, #depozit yazaraq, ən qısa müddətdə Unibankın kredit və yaxud depozit məhsulları haqda məlumat ala bilərsiniz. Bankda günün valyuta məzənnəsindən isə #valyuta yazmaqla xəbərdar ola bilərsiniz.
Unibankın facebook səhifəsi ən çox iştirakçısı olan və aktiv bank səhifələrindən biridir. Hazırda səhifə istifadəçilərinin sayı 285 min nəfəri keçib. Müştəri məmnuniyyətini öz fəaliyyətində əsas prioritetlərindən hesab edən Unibank, müştərilərlə kommunikasiyanı gücləndirmək üçün sosial şəbəkələri əsas vasitələrdən biri hesab edir.
Hər kəs Unibankın facebook səhifəsinə daxil olmaqla, bankın mövcud kampaniyaları, məhsul və xidmətləri haqqında istədiyi suala cavab ala bilər. Bir müddət əvvəl bankın səhifəsi Facebook tərəfindən də müştəriyönümlü kimi qiymətləndirilmişdi. Məhz düzgün kommunikasiya sayəsində bankın facebook səhifəsi dəfələrlə beynəlxalq Socialbakers xidməti tərəfindən də “Ən sosialyönümlü səhifə” nominasiyasının qalibi olub.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!