Bakı. Azad Həsənli - Trend:
Sahibkarlar Neftçala sənaye məhəlləsi ərazisində məhsullarının istehsalına 2016-cı ilin yayında başlaya bilərlər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.
Onun sözlərinə görə, daha 8 sahibkar sənaye məhəlləsinin rezidenti olmaq üçün müraciət edib və hazırda onların müraciətinə baxılır: "Xarici sərmayədarlarla müzakirələr aparılır. Xüsusilə qeyd etmək istəyirəm ki, burada (Neftçala sənaye məhəlləsində) avtomobil istehsalı yaradılacaq. Həmçinin balıq konservləşdirilməsi zavodunun yaradılması müzakirə olunur".