...

Azərbaycan-BMT çərçivə sazişinin reallaşdırılmasına nə qədər vəsait ayrılacaq?

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2016 16:32 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan və BMT arasında 2016-2020-ci illər üçün əməkdaşlıq üzrə yeni çərçivə proqramının reallaşdırılmasına təqribən 70 milyon dollar ayrılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai deyib.

Onun sözlərinə görə, vəsaitlər BMT, Aİ, Azərbaycan hökuməti, müxtəlif fondlar və digər donorlar tərəfindən təqdim ediləcək.

Q.İsakzai qeyd edib ki, saziş çərçivəsində yeni iş yerlərinin yaradılmasına diqqət ayrılması planlaşdırılır: "Bundan başqa, səhiyyə, təhsil sahələrinin inkişafı, aqrar sektorun istehsalının artırılması, ətraf mühitin mühafizəsi və digər sahələr diqqət mərkəzində olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti