Azərbaycanda avtomobil istehsalı zavodunun əsası qoyuldu (FOTO)

Azərbaycanda avtomobil istehsalı zavodunun əsası qoyuldu (FOTO)

Bakı. Azad Həsənli - Trend:

Bu gün Neftçala Sənaye Məhəlləsində Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin İran İslam Respublikasının “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməli qoyulub.

Trend-in məlumatına görə, tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməlini qoyan İqtisadiyyat naziri Şahin Mustafayevə və İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadəyə məlumat verilib ki, istehsal gücü ildə 10 000 ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 15 mln. ABŞ dolları olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İyun ayında isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

Sonra nazirlər Avtomobil Zavodunda istehsal edilməsi nəzərdə tutulan bəzi avtomobil modelləri, eləcə də Neftçala Sənaye Məhəlləsinə sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrimizin genişlənməsinin Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb.

Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verir. Prezidentlər son 3 ildə 6 dəfə görüşüb. Avqustun 8-də İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana növbəti səfər edəcək. Əminik ki, bu səfər də ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

İqtisadi sahədə əməkdaşlıq Azərbayacan-İran əlaqələrinin mühüm istiqamətlərindəndir. Azərbaycanda 450 İran sərmayəli şirkət fəaliyyət göstərir. İran tərəfindən 150 mln. ABŞ dolları qeyri-neft sektoru olmaqla, Azərbaycan iqtisdaiyyatına 2,5 mlrd. dollar investisiya yatırılıb. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 66% artıb. Azərbaycan və İran arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat, sənaye, səhiyyə, turizm, energetika, maliyyə və bank sahələrdə mühüm addımlar atılıb.

Nazir Şahin Mustafayev qeyd edib ki, bu gün İranın Sənaye, mədən və ticarət nazirinin ölkəmizə səfəri çərçivəsində təməli qoyulmuş avtomobil istehsalı zavodu 10 hektar ərazidə tikiləcək. İlkin olaraq zavoda 15 mln. dollar həcmində investisiyanın yatırılması nəzərdə tutulur. İran tərəfi ilə aparılmış müzakirələr nəticəsində bu vəsaitin 25%-nin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75%-i isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək. İran İslam Respublikasının Sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadəyə dost və qonşu ölkələr olar İran və Azərbaycan arasında əlaqələrin dövlət başçılarının fəaliyyəti nəticəsində son zamanlar daha da inkişaf etdiyini vurğulayıb.

Qeyd edlib ki, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensial var və bu imkanlardan səmərəli istifadə olunmalıdır. Bu gün təməli qoyulan avtomobil istehsalı zavodu bunu bir daha təsdiq edir. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişaf etdirilməsinə dair fikirlərini bölüşən İranlı nazir səhiyyə, əczaçılıq və s. sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edib, Neftçala Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan məmnunluğunu bildirib, İran şirkətlərinə bu potensialdan yararlanmağa dəvət edib.

Daha sonra Neftçala Sənaye Məhəlləsinə avtomobil istehsalı zavodunun tikintisinə dair Azərbaycanın “Azevrocar” MMC və İranın “İran Khadro” şirkətləri arasında 6 müqavilə imzalanıb. Sənədləri Azərbaycan Respublikasının “Azevrocar” MMC şirkətinin rəhbəri Emin Axundov və İran İslam Respublikasının “İran Khodro” şirkətinin baş direktoru Haşim Yekke Zare imzalayıblar. Müqavilələr distribyutor, lisenziya, avadanlıqların satışı, quraşdırılması və istismara verilməsi, yarımfabrikatların təchizatı, mühəndislik xidmətləri, tədris, mühəndis və texniki dəstək sahələrini əhatə edir.

Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində innovativ və müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli və ixracyönümlü sənaye məhsullarının istehsalı artır. Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye zonalarının yaradılması və fəaliyyətinin təşkili xüsusilə önəmlidir. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2015-ci il tarixli Sərəncamı ilə Neftçala Sənaye Məhəlləsinin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Artıq Neftçala Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Sənaye Məhəlləsi ümumi sahəsi 7800 kvadrat metr olan 8 istehsal təyinatlı modullaşdırılmış blokdan, 1200 kvadrat metr olan inzibati və texniki binalardan ibarətdir. Neftçala Sənaye Məhəlləsinin inzibati binası iki mərtəbəli olmaqla toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərən müəssisələrə icarəyə veriləcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, bank və sığorta, poçt və internet, logistika, istehsalat və məişət tullantılarının idarə olunması, yeməkxana və tibbi xidmətlər də göstəriləcək. Hazırda Neftçala Sənaye Məhəlləsində 8 layihə üzrə işlər aparılır.



















Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Loading Bars
Xəbər lenti
"Pfizer" şirkəti 15 fevraldan etibarən Kanadaya koronavirus peyvəndin gətirilməsini bərpa edəcək
Dünyada 100 milyondan çox insan koronavirusa yoluxub
Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Türkiyədə son sutkada koronavirusdan 8 108 nəfər sağalıb
Şəmkirdə anbar yanıb
XİN: Ermənistan nümayəndə heyətinin AŞPA-nın qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti ilə telefonla danışıb
Tomas Tuxel "Çelsi"nin baş məqçisi təyin olunub
Böyük Britaniyada 100 mindən çox insan koronavirusdan öldü
Nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti halları müşahidə olunur - BNA (VİDEO)
Ermənistan nümayəndə heyətinin AŞPA-nın monitorinq prosedurunun inkişafına dair təklifləri rədd edilib
Müharibə düşmən ölkənin Şuşa planını da fiaskoya uğratdı - Ekspert
Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib
“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Kənd Təsərrüfatı Nazirliyində şəkər çuğunduru istehsalı ilə bağlı onlayn müşavirə keçirilib (FOTO)
Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Minatəmizləmə prosesi sürətlə davam edir (VİDEOREPORTAJ)
Fermerlərin diqqətinə: Bu il fındıq bağlarının hər hektarına 4 400 manat pul veriləcək
Bakıda qadının intiharı ilə bağlı araşdırma başlanıb
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində ilk olaraq Yelo Bankda
Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ (FOTO)
FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq
Bu rayonlara içməli su məhdudiyyətlə veriləcək
Qubadlı rayonunun Dəmirçilər kəndi (FOTO/VİDEO)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib
Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan" müsabiqəsinə yekun vurulub (FOTO)
Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib
Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70%-i ötüb - Mikayıl Cabbarov
İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi üçün ilkin layihə işlərinə başlanılıb
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu
“YAŞAT” Fondu 1624 şəxsi öhdəliyə götürüb (FOTO)
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər - Firuddin Əliyev
ETSN ovun qadağan edilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib
Baş Prokurorluq təkzib edir
Milli parklarda piknik nöqtələrinin sayı artırılıb
Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq - RƏSMİ
Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov
Ombudsman Aparatının əməkdaşları Xırdalandakı partlayışı yerində araşdırıblar
Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Naqif Həmzəyev
Azərbaycanda həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur - ETSN
Bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək
Xırdalanda partlayış olan evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir - "Azəriqaz"
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
İşğaldan azad edilən ərazilərdə mühafizə olunan təbiət vətəndaşlar üçün daha əlçatan olacaq - Nazirlik
Ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması planlaşdırılır - ETSN
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub (FOTO)
Milli parklarda qanunu pozan şəxslərdən 13 odlu silah götürülüb
MİDA-da 2020-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib (FOTO)
Rusiya və Azərbaycan xilasediciləri 340 ədəd minanı zərərsizləşdirib - FHN (VİDEO)
Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir
Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
İtaliyanın baş naziri istefa verdi
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi
Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib
Gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib
Qarabağda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə Tədbirlər planı hazırlanır
Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik - Əhliman Əmiraslanov
Dostluq yatağı ilə bağlı memorandum Xəzərin sülh dənizi statusunu möhkəmləndirəcək - Deputat
Xırdalanda partlayış olan ərazidə axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb
İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb
"Access Bank" azad edilmiş ərazilərdə bank mərkəzlərini yaratmağı planlaşdırır
Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb
ÜST pandemiyanın psixi sağlamlığa təsirini müəyyən edib
Rusiya və İran XİN başçılarının görüşü keçirilir
Azərbaycanda qızıl bahalaşıb
Yumşalmadan sonra dəmir yollarından istifadə edənlərin sayı artıb
Azərbaycanda bu mallara aksiz dərəcələri tətbiq ediləcək
İranda daha 6,4 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
TAP layihə gücündən kənara çıxa bilərmi? - İcraçı direktor şərtləri açıqladı
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır
Azərbaycan Prezidenti: Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir
Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq
Prezident İlham Əliyev: Azərbaycanda internet azaddır, heç bir senzura yoxdur
Bir neçə aksizli malların dərəcələri artırılır
Azərbaycanda qızıl və gümüşün satışı vergidən azad olunur
Prezident İlham Əliyev: İslahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur
UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib
Unibank “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb
Prezident İlham Əliyev: Dövlət qurumları, nazirliklər mənim göstərişlərimi axıra qədər icra etməlidirlər
Quşçu palçıq vulkanının püskürmə səbəbi açıqlandı
Azərbaycan Prezidenti: Öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı daim yüksək səviyyədə olsun
Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq (VİDEO)
Prezident İlham Əliyev: Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib (FOTO)
Tütün məhsullarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir
Azərbaycan Prezidenti: Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır
Prezident İlham Əliyev: Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır
Rusiya və İran Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır - Lavrov
Prezident İlham Əliyev: Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır
Azərbaycan nefti ucuzlaşır
Azərbaycan Prezidenti: Biz Xəzərdə ən böyük donanmaya sahibik
Azərbaycanda bu avadanlıq və qurğuların idxalı vergidən azad edilir
Prezident İlham Əliyev: Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
Bakıda idman gimnastikası üzrə Dünya kuboku təxirə salınıb
Bütün xəbərlər