...

Azərbaycanın daha 4 şirkəti Rusiyaya ət və süd məhsulları ixrac edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2016 11:50 (UTC +04:00)
Azərbaycanın ət və süd məhsullarının Rusiyaya ixracının artırılması üçün tədbirlər görülür və Azərbaycandan daha 4 şirkət Rusiyaya ət və süd məhsulları ixrac edə biləcək.
Azərbaycanın daha 4 şirkəti Rusiyaya ət və süd məhsulları ixrac edəcək

Bakı. Trend:

Azərbaycanın ət və süd məhsullarının Rusiyaya ixracının artırılması üçün tədbirlər görülür və Azərbaycandan daha 4 şirkət Rusiyaya ət və süd məhsulları ixrac edə biləcək. Bu barədə İqtisadiyyat nazirliyindən Trend-ə verilən məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının Moskva şəhərində növbəti görüşü keçirilib, Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrin nəticəsi olaraq, Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin müvafiq qərarı ilə toyuq əti istehsal edən "Qəbələ Quşçuluq" ASC, hazır ət məhsulları istehsal edən "Səhliyalı" MMC, süd və süd məhsulları istehsal edən "Biləsuvar Aqro" MMC və "Pal Food" MMC Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiya Federasiyasına ixrac edilməsinə icazə verilib.

Beləliklə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının fəaliyyəti dövründə indiyədək 12 Azərbaycan şirkəti Rusiya Federasiyasına məhsullarını ixrac etmək üçün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən aparılan reyestrə daxil edilib.

Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti