Bakı. Azad Həsənli - Trend:
Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanın iki bankına və bir şirkətinə təxminən 30 milyon dollar maliyyə yatırmaq imkanlarını müzakirə edir. Bu barədə Trend-ə danışıqlarla əlaqəli mənbə bildirib.
Mənbə bankların və şirkətin adlarını bildirmədən onu qeyd edib ki, yaxın vaxtlarda müvafiq razılaşmalar imzalanacaq.
Mənbə əlavə edib: "Vəsait pambıqçılıq, qida və tekstil sənayesi sahələrinin maliyyələşdirilməsinə yönəldiləcək".