...

Azərbaycan İranda gips istehsalı zavodu tikəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2016 17:52 (UTC +04:00)
Azərbaycanın "Mətanət-A" şirkəti İranda gips istehsalı zavodu tikməyi planlaşdırır.
Azərbaycan İranda gips istehsalı zavodu tikəcək (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycanın "Mətanət-A" şirkəti İranda gips istehsalı zavodu tikməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan-İran biznes forumunda deyib.

O bildirib: "Biz şirkət nümayəndələri ilə görüş keçirdik və bu məsələ üzrə razılığa gəldik".

İranın sənaye, mədən və ticarət nazirinin müavini Cəfər Sərqeyni deyib ki, şirkət İranda fəaliyyət üçün lisenziya əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti