...

Litva səfiri: Azərbaycanın iştirakı "Vikinq"i daha da rəqabətədavamlı edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2016 15:48 (UTC +04:00)
"Transxəzər marşrutu" və "Vikinq" layihələri Azərbaycan və Litva qarşısında nəqliyyat sahəsində böyük imkanlar açır.
Litva səfiri: Azərbaycanın iştirakı "Vikinq"i daha da rəqabətədavamlı edəcək

Bakı. Ənvər Məmmədov - Trend:

"Transxəzər marşrutu" və "Vikinq" layihələri Azərbaycan və Litva qarşısında nəqliyyat sahəsində böyük imkanlar açır.

Bunu Trend-ə Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.

Səfirin sözlərinə görə, bu iki yolun birləşməsi yüklərin Çindən Şimali və Qərbi Avropaya maneəsiz daşınmasına imkan verəcək:

"Aktiv inkişaf edən və Azərbaycan üçün prioritet layihələrdən biri olan Şərq-Qərb nəqliyyat dəhlizi Litva və onun tərəfdaşlarının (Ukrayna, Belarus, Bolqarıstan, Rumıniya və Türkiyə - red.) icra etdiyi "Vikinq" layihəsinə uyğun gəlir. Bizim layihəmiz Türkiyəyə, hətta Gürcüstana çatır. May ayından Azərbaycanın da bu layihəyə qoşulması müsbət faktdır. Azərbaycanın iştirakı "Vikinq"i daha da rəqabətədavamlı edəcək və yüklərin Çindən Şimali və Qərbi Avropaya maneəsiz daşınmasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti