Bakı. Səba Ağayeva - Trend:
Litva və Azərbaycan bütün istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni hədəf və maraqları tapırlar.
Bunu Trend-ə Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.
Səfir qeyd edib ki, ticarət, nəqliyyat və humanitar sahələrdə reallaşdırılmalı olan bir çox layihələr və təşəbbüslər mövcuddur.
Onun sözlərinə görə, Litva hökuməti, ilk növbədə, Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətini canlandırmaq niyyətindədir: "Biz iclası bu ilin sonunadək və ya gələn ilin əvvəlində keçirməyi, əməkdaşlıq üzrə konkret layihələri və təşəbbüsləri müzakirə etməyi çox ümid edirik".