Bakı. Azad Həsənli – Trend:
Noyabrın 22-24-də Bakıda Recexpo II beynəlxalq daşınmaz əmlak və investisiyalar sərgisi keçiriləcək.
Trend-in məlumatına görə, bunu tədbirin meneceri və Türkiyə şirkətinin Azərbaycanda tərəfdaşı İlkin Abdıyev deyib.
Onun sözlərinə görə, sərgidə Azərbaycan, Avropa, Mərkəzi Asiya və Qafqazda daşınmaz əmlak sahəsində 100-ə yaxın layihə təqdim ediləcək.