...

Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı QƏRAR

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2016 20:55 (UTC +04:00)
2016-cı ilin sonuna qədər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun “hüquqi şəxsləri birliyi” formasında beynəlxalq assosiasiyasının yaradılması planlaşdırılır.
Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı QƏRAR

Bakı. Maksim Tsurkov - Trend:

Bu ilin sonuna qədər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (TBNM) Qazaxıstan ərazisində qeydə alınmaqla “hüquqi şəxsləri birliyi” formasında beynəlxalq assosiasiyasının yaradılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu" biznes-forumunda “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin əməliyyat fəaliyyətinin əlaqələndirilməsi üzrə vitse-prezidenti Sanjr Elyubayev deyib.

Onun sözlərinə görə, TBNM-in inkişaf prinsipləri xidmətlərin təyinat nöqtəsinə çatdırılmasına, eləcə də tarif dərəcələrinin bütünlüyünə, bütün inzibati prosedurların sadələşdirilməsinə, qarışıq yükdaşımaların vahid tarif-nəqliyyat qaiməsi üzrə reallaşmasına əsaslanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti