...

İdxal olunan qızıl, almaz və xəz-dəri məmulatlarına görə də vergilər artırılacaq (SİYAHI)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2016 18:53 (UTC +04:00)
2017-ci ildən Azərbaycana idxal olunan qiymətli metallara və xəz-dəri məmulatlarına görə aksiz dərəcələri artırılacaq.
İdxal olunan qızıl, almaz və xəz-dəri məmulatlarına görə də vergilər artırılacaq (SİYAHI)

Bakı. Azad Həsənli - Trend:

2017-ci ildən Azərbaycana idxal olunan qiymətli metallara və xəz-dəri məmulatlarına görə aksiz dərəcələri artırılacaq.

Trend-in məlumatına görə, bu məsələ bu gün Milli Məclisin plenar iclasında təsdiq edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur.

Beləliklə, gələn ildən Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza, eləcə də xəz-dəri məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq ediliəcək:

İdxal olunan avtomobil və yaxtalara görə vergilər artırılır (CƏDVƏL)

İdxal olunan avtomobil və yaxtalara görə vergilər artırılır (CƏDVƏL)

- idxal olunan platinin hər qramına görə - 4 manat (bundan əvvəl 2 manat);

- idxal olunan qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının min çəki vahidindəki miqdarına görə:

- 375 əyarlı qızıl, hər qramına görə - 1,5 manat (bundan əvvəl 0,8 manat);

- 500 əyarlı qızıl, hər qramına görə - 2 manat (bundan əvvəl 1,0 manat);

- 585 əyarlı qızıl, hər qramına görə - 2,4 manat (bundan əvvəl 1,2 manat);

- 750 əyarlı qızıl, hər qramına görə - 3 manat (bundan əvvəl 1,5 manat);

- 958 əyarlı qızıl, hər qramına görə - 5 manat (bundan əvvəl 1,8 manat);

- 999 əyarlı qızıl, hər qramına görə - 6 manat (bundan əvvəl 2 manat);

- idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün 400 manat (bundan əvvəl 200 manat) (aksiz dərəcəsi) olmaqla, aşağıdakı qaydada hesablanır:

- almazın bir ədədinin miqdarı 1 karatdan aşağı olduqda, aksiz dərəcəsi almazın faktiki miqdarına mütənasib olaraq azaldılır;

- almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olduqda, aksizin məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır:

- 1 karatdan 2 karatadək olduqda - 2;

- 2 karatdan 3 karatadək olduqda - 3;

- 3 karatdan 4 karatadək olduqda - 4;

- 4 karatdan 5 karatadək olduqda - 5;

- 5 karatdan yuxarı olduqda - 10.

- idxal olunan xəz-dəri məmulatlarının topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinin 10 faizi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti