...

Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2017 09:40 (UTC +04:00)
Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yolu yeindən qurulur.
Şəkinin turizm mərkəzinə gedən 7.2 km-lik yol yenidən qurulur (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yolu yeindən qurulur.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan avtomobil yolunun ümumi uzunluğu 7.2 km-dir. Layihəyə uyğun olaraq 7 m enində yol əsası və 2 m enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 m təşkil edir.

Hazırda yol boyu torpaq işləri görülür, yolun yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır. Torpaq işləri yekunlaşdıqdan sonra yola 2 qat olmaqla 13 sm qalınlığında yeni asfalt-beton örtüyü salınacaq.

Bundan başqa, təmir-tikinti işləri çərçivəsində yol boyu ümumi uzunluğu 164 m olan müxtəlif diametrli dəmir-beton suötürücü borular qoyulacaq, hərəkətin normal təşkili üçün 60 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq.

Yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti