Bakı. Trend:
Sentyabrın 26-da Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7002 səviyyəsində formalaşıb.
Qeyd edək ki, sentyabrın 26-da USD/AZN rəsmi məzənnəsi 1,7008 manat təşkil edib.