...

Transxəzər Nəqliyyat Marşrutu ilə yükdaşımanın həcmi açıqlanıb (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2017 11:47 (UTC +04:00)
2018-ci ildə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə ən azı 3 milyon ton yük daşınması planlaşdırılır.
Transxəzər Nəqliyyat Marşrutu ilə yükdaşımanın həcmi açıqlanıb (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

2018-ci ildə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə ən azı 3 milyon ton yük daşınması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin (BTNM BA HŞB) ümumi yığıncağında “Qazaxıstan Dəmir Yolları” Milli Şirkətinin prezidenti, Assosiasiyanın sədri Kanat Alpısbayev deyib.

O bildirib ki, cari ilin yekunu üzrə bu göstəricinin ən azı 1,3 milyon ton olacağı gözlənilir:

"Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi əlamətdar hadisədir. İndi biz marşrutun yüklənməsi, yüklərin cəlb olunması, dəhlizin buraxılış qabiliyyətinin artırılması və infrastrukturun təkmilləşdirilməsi üzrə işləri aktivləşdirməliyik. 2017-ci il üçün Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi 725 min ton müəyyən edilmişdi, amma 10 ayın yekununda plan 80 faiz icra olunub və bir milyondan çox yük daşınıb. İlin yekunlarına əsasən, ən azı 1,3 milyon ton yük daşınması gözlənilir, 2018-ci ildə bu göstərici ən azı 3 milyon ton həcmində nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti