...

Bakıda sahibsiz heyvanlarla bağlı problemin həllinə 3,8 milyon manat ayrılır (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2017 16:21 (UTC +04:00)
Azərbaycan 2018-cil dövlət büdcəsində xərcləri artırır.
Bakıda sahibsiz heyvanlarla bağlı problemin həllinə 3,8 milyon manat ayrılır (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan 2018-cil dövlət büdcəsində xərcləri artırır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, dövlət büdcəsinin xərcləri ümumilikdə 142 milyon manat artırılıb: “Xüsusilə, 3,8 milyon manat Bakıda sahibsiz heyvanlarla bağlı problemin həllinə, 46 milyon manat Təhsil Nazirliyinin digər xərcləri maddəsindən tələbələrin təqaüdlərinin ödənilməsinə yönəldiləcək. Bundan başqa, dövlət başçısının tapşırığı ilə bəzi vəsaitlər Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinin əməkhaqlarının artırılmasına və Azərbaycan Energetika Nazirliyinin və Azərbaycanın Polşadakı ticarət nümayəndəliyinin bir sıra xərclərinin nizamlanmasına yönəldiləcək”.

S.Şərifov, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə layihəsindəki dəyişikliklərdən danışıb: "Fondun gələn il üçün xərcləri 1,879 milyard manat azaldılıb, gəlirləri isə 883 milyon manat artırılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti