...

EY Azərbaycan "Hult Prize" müsabiqəsinin finalına sponsorluq edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2017 18:37 (UTC +04:00)
EY Azərbaycan AMEA Yüksək Texnologiyalar Parkının biznes inkubasiya mərkəzində keçirilən 8-ci illik Hult Prize Bakı Dövlət Universiteti Kampus finalına sponsorluq edib.
EY Azərbaycan "Hult Prize" müsabiqəsinin finalına sponsorluq edib (FOTO)

Bakı. Trend:

EY Azərbaycan AMEA Yüksək Texnologiyalar Parkının biznes inkubasiya mərkəzində keçirilən 8-ci illik Hult Prize Bakı Dövlət Universiteti Kampus finalına sponsorluq edib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, Bill Klinton və “Time” jurnalı tərəfindən dünyanı daha yaxşıya dəyişən beş ən yaxşı ideyadan biri kimi tanınan Hult Prize müsabiqəsinə bu il Bakı Dövlət Universiteti ev sahibliyi edib. Bundan əlavə bu, bütün ölkə universitetləri əhatə edən ilk tədbir olub.

Hult Prize Bakı Dövlət Universiteti Kampusunun direktoru Fəridə Əsgərzadə milli finalın təşkil edilməsinə həmin universitetin tələbələrini cəlb edib. 2018 Hult Prize müsabiqəsi Birləşmiş Millətlər Təşkilatının 7, 8 və 9-cu Davamlı İnkişaf Məqsədlərinə əsaslanan enerji gücündən faydalanmağı gücləndirməyə yönəlib.

Tədbir zamanı Bakı Dövlət Universiteti bakalavr tələbələrindən ibarət 18 komanda qarşıya qoyulmuş qlobal sosial məsələyə əlverişli bir həll tapmaqda özlərini sınamaq üçün bir araya gəliblər. Final mərhələsində komandalar arasında 3-ü mükafata layiq görülüb. Birinci yerin sahibi “Synergy” komandası regional finalda birbaşa iştirak hüququ əldə edərək avtomatik olaraq 8-ci Hult Prize Regional Finala vəsiqə qazanıb, daha sonra 7 həftəlik layihə inkişafı proqramının parçası olmaq şansını və 2018-cil il sentyabr ayında ABŞ-ın Nyu York şəhərinin ev sahibliyi edəcəyi Qlobal Finalda iştirak şansı əldə edəcəklər. Qalib komanda üçün mükafat 1 milyon ABŞ dollarıdır.

Hult Prize Fondunun təsisçisi və baş icraçı direktoru Əhməd Aşkar öz çıxışında qeyd edib ki, 2009-cu ildə qurulduğu gündən bəri Hult Prize mükafatı dünyanın ən çətin məsələlərini həll etmək üçün möhtəşəm fikirlərlə yarışan dünyanın dörd bir yanından diqqət çəkici istedadlar aşkar edib.

EY şirkətinin Təmiz texnologiyalar və davamlı inkişaf xidmətinin aparıcı mütəxəssisi Günel Fərəcova tədbirdə iştirak etmiş və alternativ enerjinin əhəmiyyətini vurğulayıb: “ Bu, tələbələr üçün mövcud texnologiyalar ətrafında davamlı biznesin necə qurulduğunu görmək üçün bir şansdır. Mən qalib komandanı təbrik edir, onlara regional finallarda uğurlar arzulayıram!”.

Qeyd edək ki, Hult Mükafatı Fondu ən vacib qlobal problemləri həll etmək üçün dünyanın dörd bir yanından ən parlaq universitet və kollec tələbələrini bir araya gətirən sosial sahibkarlıq üçün başlanğıc sürətləndirici amildir.

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Bakı, Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 5,000 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY 23 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 200-dən çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti