...

"Fitch" 2018-ci ildə Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2017 10:55 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

"Fitch" beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycanda iqtisadi artımın sürətlənəcəyini gözləyir.

Trend-in məlumatına görə, bu barədə agentliyin MDB ölkələri və Gürcüstanın bank sektoru üzrə hesabatında deyilir.

Agentliyin analitikləri 2018-ci ildə Rusiya, Ukrayna, Qazaxıstan və Belarusda da iqtisadi artımın sürətlənəcəyini gözləyirlər. Bununla belə, Gürcüstan, Ermənistan və Özbəkistanda artım daha ləng gedəcək.

Azərbaycanın bank sektoruna toxunan "Fitch" ekspertləri qeyd edirlər ki, 2017-ci ildə hökumət problemli aktivlərin restrukturizasiyanı başa çatdıran Azərbaycan Beynəlxalq Bankının problemlərinin həlli üçün mühüm qərarlar qəbul edib:

"Lakin digər banklar öz iri restrukturizasiya edilmiş portfellərini və valyuta kreditləri üçün yaradılan ehtiyatın həcmini genişləndirməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti