...

Nazir müavini: Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması bu sahənin inkişafına əlavə təkan verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2017 16:50 (UTC +04:00)
Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin fəaliyyətə başlamasından sonra həyata keçiriləcək tədbirlər bu sahənin inkişafına əlavə təkan verəcək.
Nazir müavini: Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması bu sahənin inkişafına əlavə təkan verəcək

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin fəaliyyətə başlamasından sonra həyata keçiriləcək tədbirlər bu sahənin inkişafına əlavə təkan verəcək.

Bunu Trend-in suallarını cavablandıran iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, agentliyin öhdəliklərinə kiçik və orta sahibkarlığın inkişafına dəstək, kiçik və orta sahibkarlıq subyektlərinə bir sıra xidmətlərin göstərilməsi, eləcə də bu subyektlər tərəfindən istehsal olunan məhsulun satışına dəstək daxil olacaq.

S.Məmmədov qeyd edib ki, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi də agentliyin xidmət sahəsinə daxil olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti