...

Bakıdan "Şahdağ"a dəmir yolunun layihələndirilməsinə başlanıb (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2018 12:39 (UTC +04:00)
Bakıdan "Şahdağ"a dəmir yolunun layihələndirilməsinə başlanıb.
Bakıdan "Şahdağ"a dəmir yolunun layihələndirilməsinə başlanıb (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

"Azərbaycan Dəmir Yolları" QSC Bakı ilə "Şahdağ" dağ-xizək kurortunu əlaqələndirəcək dəmir yolunun layihələndirilməsi işinə başlayıb.

Trend-in məlumatına görə, bunu QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, artıq Xaçmaz istiqamətində dəmir yolunda təmir işlərinə başlanılıb:

"Bakı-Yalama dəmir yolunun bütün sahələri modernləşdiriləcək və elektrik qatarları buraxılacaq. Xudat stansiyasından Qusar rayonu vasitəsilə "Şahdağ" kurortuna qədər qərb istiqamətində ayrıca qol tikiləcək. Layihələndirmə üzrə işlər artıq başlayıb".

QSC sədri əlavə edib ki, gələcəkdə dəmir yolu vasitəsilə və tikiləcək tunellə "Tufandağ" və "Şahdağ" istirahət mərkəzlərinin birləşdirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti