...

Azərbaycan Rusiyanın bu sahədə təcrübəsini öyrənəcək (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2018 11:02
Azərbaycan Rusiyanın sosial ödənişlərin auditi sahəsində təcrübəsini öyrənəcək.
Azərbaycan Rusiyanın bu sahədə təcrübəsini öyrənəcək (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Rusiyanın sosial ödənişlərin auditi sahəsində təcrübəsini öyrənəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Hesablama Palatasının auditoru Mehriban Əlişanova Rusiya Hesablama Palatasının nümayəndələri ilə ikitərəfli görüş çərçivəsində deyib.

O qeyd edib ki, iki ölkənin ali auditor orqanları arasında əməkdaşlıq həmişə yüksək səviyyədə olub:

"Biz Rusiyanın Tibbi Sığorta Federal Fondunun vəsaiti hesabına sosial təminat üzrə ödənişləri həyata keçirilən fondların, həmçinin Pensiya və Sosial Sığorta fondlarının vəsaitləri hesabına sosial ödənişləri icra edən fondların auditi sahəsində təcrübəsini öyrənmək niyyətindəyik".

M.Əlişanova əlavə edib ki, pensiyaçıların sayı, ölkələrin və aparılan ödənişlərin miqyası fərqli olsa da, hər iki tərəfdə oxşar problemlər və onların həlli metodları var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti