...

Azərbaycanda məşhur geyim brendlərinin istehsalı təşkil oluna bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2018 07:14 (UTC +04:00)
Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkədə geyim istehsalını təşkil etmək üçün məşhur xarici şirkətləri cəlb etmək niyyətindədir
Azərbaycanda məşhur geyim brendlərinin istehsalı təşkil oluna bilər

Trend-i buradan izləyin

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ölkədə geyim istehsalını təşkil etmək üçün məşhur xarici şirkətləri cəlb etmək niyyətindədir.

Bunu Trend-ə Assosiasiyanın sədri Mehriban Axundova deyib.

M.Axundovanın sözlərinə görə, bu, istehsal olunan məhsulun maya dəyərinin azaldılması məsələsinin həll olunmasından sonra həyata keçirilə bilər:

“Bu gün Azərbaycanda tekstil istehsalının maya dəyərinin azaldılması, hazır məhsulun ortalama dünya səviyyəsinə çatdırılması məsələsi aktualdır. Söhbət istənilən növ geyimdən, xüsusilə trikotaj və uşaq geyimlərindən gedir. Bunu düymə, yapışqan kimi materialların idxalına gömrük rüsumlarının azaldılması hesabına etmək olar. Rüsumların azaldılması tikiş istehsalının inkişafına gətirib çıxaracaq. Eyni zamanda bazara sərfəli qiymətlərlə Pakistandan, Türkiyədən və Çindən geyim gətirilir ki, bunlar da sintetik materiallardan hazırlanır”.

M.Axundova bildirib ki, bu məsələnin həll olunması məqsədilə Assosiasiya Azərbaycan hökumətinə müraciət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti