...

Dünya Bankı: Azərbaycanın aqrar sektoru üçün yeni maliyyə məhsulları lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2018 11:56 (UTC +04:00)

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanın aqrar sektoru üçün yeni maliyyə məhsulları təqdim etmək zəruridir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə bir sıra bank və bank olmayan kredit təşkilatları arasında niyyət protokollarının imzalanmasına həsr olunmuş tədbir zamanı Dünya Bankının Bakı ofisinin nümayəndəsi Rufiz Çıraqzadə deyib.

O bildirib: “Azərbaycanın aqrar sektorunun böyük imkanları var. Amma bundan istifadə etmək üçün bəzi məsələləri həll etmək lazımdır. Bunlardan biri biznesin maliyyə ehtiyatlarına çıxışının sadələşdirilməsidir. Bu gün kreditləşmə kənd təsərrüfatının kiçik bir hissəsini əhatə edir, bundan başqa bu sektor üçün maliyyə məhsulları seçimi məhduddur. Azərbaycanda aqrobiznes üçün yeni maliyyə məhsulları lazımdır”.

Xəbər lenti

Xəbər lenti