...

Nazir müavini: “Khazar” avtomobil zavodu Azərbaycanda yeni texnologiyaların tətbiqinə xidmət edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2018 16:41 (UTC +04:00)
“Khazar” Azərbaycan-İran avtomobil zavodu ölkədə yeni texnologiyaların tətbiqinə və sənayenin inkişafına xidmət edəcək
Nazir müavini: “Khazar” avtomobil zavodu Azərbaycanda yeni texnologiyaların tətbiqinə xidmət edəcək

Neftçala. İlkin Şəfiyev - Trend:

“Khazar” Azərbaycan-İran avtomobil zavodu ölkədə yeni texnologiyaların tətbiqinə və sənayenin inkişafına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, Neftçala sənaye zonasında yerləşən bu zavod Azərbaycan sənayesi üçün vacib müəssisədir:

“Neftçaladakı avtomobil zavodu Azərbaycanda ən öncül sənaye müəssisələrindən biridir. Bu cür müəssisələr Azərbaycanda yeni texnologiyaların tətbiqinə, sənayenin, maşınqayırmanın inkişafına, yeni iş yerlərinin yaradılmasına, yerli mütəxəssislərin ixtisasının artmasına və ixrac potensialının genişlənməsinə xidmət edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti