Elman Rüstəmov: Orta illik inflyasiya üzrə proqnoza yenidən baxmaq planlaşdırılır (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2018 10:33 (UTC +04:00)
Orta illik inflyasiya üzrə proqnoza yenidən baxmaq planlaşdırılır.
Elman Rüstəmov: Orta illik inflyasiya üzrə proqnoza yenidən baxmaq planlaşdırılır (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Mərkəzi Bankı 2018-ci ildə orta illik inflyasiya üzrə proqnoza yenidən baxmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, proqnoza 9 ayın yekunu üzrə yenidən baxmaq planlaşdırılır:

"Bildiyiniz kimi, inflyasiya üzrə proqnozlar hökumətlə birgə hazırlanır. Hazırda biz ilin sonuna proqnoz göstəricilərini dəyişməməyi qərara almışıq. Artıq yay mövsümünə keçmişik və yayda inflyasiya göstəricilərinin daha da azalacağı istisna deyil".

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda inflyasiya 12,9 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti