...

"Visa İnternational" "Xalq Bank"ı mükafatlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2018 20:41 (UTC +04:00)
"Xalq Bank" beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilib.
"Visa İnternational" "Xalq Bank"ı mükafatlandırıb

Bakı. Trend:

"Xalq Bank" ASC nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində həyata keçirdiyi səmərəli tədbirlər və Visa plastik kartlarının ümumi əməliyyat dövriyyəsində nail olduğu ən sürətli artım tempinə görə Visa International beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilib.

Bankdan Trend-ə verilən məlumata görə, Xalq Bank 2017-ci ildən Visa International beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür.

Bank və Visa ödəniş sistemi 2009-cu ildən əməkdaşlıq edirlər. Xalq Bank hazırda Visa Electron, Visa Gold, Visa Classic, Visa Platinum, Visa Business və internetdə ödənişlər etmək üçün nəzərdə tutulan Visa Virtuon kartlarını buraxır. Kartları Bankın istənilən filialında pulsuz əldə etmək olar. Visa kart əməliyyatlarının təhlükəsizliyi ən müasir güvənlik sistemləri ilə təmin edilir.

Xalq Bankın plastik kartları haqda daha geniş informasiya Bankın Məlumat Mərkəzindən əldə etmək olar (Tel.: 138).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti